Məscid Masallı rayonunun Sərçuvar kəndində yerləşir. İbadətgah 2002-ci ildə xeyriyyəçi Hacı Qafar tərəfindən inşa edilib. Bu barədə ibadət evinin qapısının yanındakı mərmər tabloda qeyd olunub.
Məscid düzbucaqlı formadadır və kərpiclə hörülüb. İbadət evinin tavanı taxtadan, damı isə kirəmitdəndir. Məscidin dörd pəncərəsi və bir cüt qapısı var. İbadətgahın giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. Orada azan vermək üçün kvadrat günbəz var.
Masallı rayonu Sərçuvar kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.