Məscid Masallı rayonunun Şərəfə kəndi ərazisində yerləşir. İbadətgahın inşa tarixi XIX əsrə aid edilir.
İbadət evinin tutumu 170 nəfər təşkil edir. İbadətgah düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Məscidin tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. İbadət evinin ön tərəfində dörd pəncərə və bir cüt qapı, yan tərəfində də bir cüt pəncərə var. İbadətgahın giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. Məscidin damında azan vermək üçün kvadrat günbəz var. İbadət evinin tavanı dörd taxta sütun üzərində dayanır. Məscidin minbəri beşpilləlidir.
Şərəfə kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.