İraqın Nəcəf şəhərində, İmam Əli (ə.s) hərəminin yenidənqurma işləri aparılır. Hərəmin Xanım Zəhra (s.ə) adına olan hissəsinin açılışı baş tutacaq. Bu barədə dekabrın 6-sı abna24 xəbər verib.
Məlumata görə, açılış Fatimeyi-Zəhranın (s.ə) mövludu günü keçiriləcək, bu isə 2022-ci ilin fevral ayına təsadüf edəcək.
Ziyarətgahın yeni hissəsinin sahəsi əvvəlkindən dörd dəfə böyük, yəni 60 min kvadratmetr olacaq. “Həzrəti Zəhra” adlı bu hissə dörd mərtəbədən və bir neçə eyvandan ibarətdir. Burada böyük ibadət otağı, zəvvarlar üçün yeməkxana, istirahət məkanı və dəstəmazxana mövcuddur. Hərəm rəhbərliyinin sözlərinə görə, hazırkı layihə bugünədək burada görülən 180 yenidənqurma işlərinin ən irimiqyaslısıdır.
Kərbəlada camadiul-axir ayının 5-i (9 yanvar) tarixində İmam Hüseyn (ə.s) hərəminin genişləndirilməsi işlərinə başlanılacaq. Layihə nəticəsində hərəmin sahəsi 100 min kvadratmetr genişləndiriləcək.