Dünyanın çap olunmuş ən kiçik Quranı İordaniyanın Daimi Xalq İrsi Muzeyində yerləşir. Kitab iordaniyalı İbrahim Əhməd Nəvvara məxsusdur. Bu barədə Anadolu Agency xəbər verib.
Dünyada məlum olan ən kiçik Quranın eni 1,75, uzunluğu isə 2,5 santimetr olduğu halda, İbrahimin Quranı bundan daha da kiçikdir. İbrahim bildirib ki, əs-Salt şəhərinin sakini atasından qalan bu kiçik nüsxəni ona 1980-ci ildə verib.
İordaniyanın əs-Salt şəhəri YUNESKO-nun ümumdünya irs siyahısına 2021-ci ildə daxil edilib. Arxeoloji və qədim abidələrə malik bu şəhər mədəni və dini müxtəlifliyi ilə seçilir.
Dünyanın ən böyük Quranı isə bu il Dubayda keçirilən EXPO-2020 sərgisində nümayiş etdirilib.