Rusiyanın Nijni Novqorod şəhərində naməlum şəxs dəfn mərasimi zamanı məsciddən nəzir qutusunu oğurlayıb. Bu barədə 3 dekabr tarixində islamnews xəbər verib.

Məscidin imamı Qasım Musinin sözlərinə görə, oğurluq zamanı vəfat edən şəxsin yaxınları qəbiristanlığa gediblər. İmam məscidə qayıdanda görüb ki, nəzir qutusu oğurlanıb. Müşahidə kameraları oğruluq anını qeydə alıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Qasım Musin bildirib ki, oğrunu bundan əvvəl görməyib və o, məsciddə ibadət edənlərdən deyil.

Daha öncə, elə bu səbəbdən Misirin məscidlərində nəzir qutularının qoyulması qadağan edilib. Azərbaycanda da bu məsələ müzakirə olunur. Deputat Fazil Mustafa bildirib ki, ölkədə nəzir qutuları yığışdırılmalıdır.