Krımın Simferepol şəhərində Əhli beyt (ə.s) məscidi inşa edilir. İbadət evi Rusiyada yaşıyan Əhli Beyt aşiqləri tərəfindən həyata keçirilir. Bu barədə oktyabrın 4-ü Giperssilka.ru xəbər verib.
Məlumata görə, məscidin təməli artıq qoyulub və yaxın günlərdə ibadətgahın tikinti işlərinə başlanılacaq. İbadət evinin ərazisi 300 kvadrat metr təşkil edəcək.
Daha öncə, 27 oktyabr tarixində Dağıstanın Qizlər rayonunun Böyük Bredixin kəndində Əhli Beyt (ə.s) məscidinin açılışı olub.