Türkiyədə 67 yaşlı Xədicə Can adlı kor qadın, görmə qusuru olmasına baxmayaraq Quranı əzbərləyib. Bu barədə islamnews xəbər verib.
Xədicə görmə qabiliyyətini uşaqlıqdan itirib. O, Quranı 13 illik təhsil müddətində Brayl əlifbasını istifadə edərək öyrənib. Xədicəyə imtahandan uğurla keçdiyini təsdiq edən sertifikat – “Hafiz vəsiqəsi” təqdim edilib.
“Mən həmişə televiziya və radioda Quran dinləməkdən həzz alırdım və bu sevgi mənim Hafiz olmağıma səbəb olub”, – deyə Xədicə bildirib.
Brayl əlifbası qabarıq nöqtələrdən ibarət toxunma şriftdir. Bu əlifba kor və görmə qüsurlu insanların yazıb oxuması üçün nəzərdə tutulub.
Quran 30 cüzə bölünüb. Hər cüz 20 səhifədən ibarətdir. Quran, həmçinin hizbələrə də bölünür. Hər hizb 10 səhifə təşkil edir. Bu da o deməkdir ki, hər cüzdə iki hizb var. Ən azı bir cüzü əzbər bilən insana hafiz deyilir.