Bu il Misirin 28-ci Beynəlxalq Qurani-Kərim yarışları dekabr ayının 11-dən 15-dək keçiriləcək. Bu barədə ölkənin İslami Fondlar və Dini İşlər Naziri Məhəmməd Muxtar Cümə bildirib.

Nazir qeyd edib ki, qaliblərin mükafatı üçün bir milyon Misir funtu pul ayrılıb. Bu isə 100 min manatdan çoxdur. Yaxşı nəticə göstərən digər iştirakçılara isə 5 min manat məbləğində maddi vəsait ayrılıb.

Yarışda müxtəlif ölkələrdən 74 iştirakçı və 12 hakim iştirak edəcək. İştirakçılar Qurani-Kərimin təcvid qaydaları və tərtil ilə tilavəti üzrə yarışacaqlar. Onlar dörd kateqoriya bölünürlər:

  1. 35 yaşdan az olan kişi və qadınlar;
  2. 35 yaşdan az olan, ərəb dilini bilməyənlər;
  3. Misir vətandaşları olan əlillər;
  4. 12 yaşından kiçik misirli yeniyetmələr.

8 fevral 2020-ci ildə 63 ölkədən nümayəndələrin iştirakı ilə Misirin 27-ci beynəlxalq Qurani-Kərim yarışları keçirilib. Yarışmanın qalibləri Misir qariləri olub.