İmam Hüseynin (ə.s) hərəminin ərəzisinin genişləndirilməsi işlərinə bir ay sonra başlanılacaq. Bu barədə dekabrın 2-si shiawaves xəbər verib.

Bundan əvvəl hərəmin təmir işlərinin görülməsi camadiul-əvvəl ayının 5-i (10 dekabr) tarixinə planlaşdırılırdı. Lakin ziyarətgahın ətrafında satınalma işlərinin gecikməsi səbəbindən işlərə camadiul-axir ayının 5-i (9 yanvar) başlanılacaq.

Hərəmin sahəsinin 100 min kvadratmetr genişləndirilməsi gözlənilir.