Məscid Ucar rayonunun Lək kəndinin ərazisində yerləşir. İbadət evi 1991-ci ildə inşa olunub.

İbadətgah düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadət evinin damı şiferdəndir, tavanı dörd dəmir sütun üzərində dayanır. Məscidin qapı və pəncərələri düzbucaqlı formadadır və taxtadan düzəldilib. İbadətgahın zalı iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Məscidin ön tərəfində açıqşəkilli eyvan yerləşir. Eyvan yeddi dəmir sütun üzərində dayanır. İbadət evinin minbəri beşpilləlidir və taxtadan hazırlanıb. Məscidin günbəzi səkkizguşəlidir, onun üstü dəmir təbəqə ilə örtülüb və qübbəsində aypara rəmzi var.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.