İŞİD-in Samirra İmamlarının (ə.s) hərəminə hücumu baş tutmadı. Terrorçuların planının qarşısı alındı. Bu barədə shabestan xəbər verib.

İraqın təhlükəsizlik xidmətinin rəsmisi bildirib ki, İŞİD şəhərin bazarlarında, Samirra hərəmində və insanların sıx olduğu yerlərdə terror əməliyyatlarına hazırlıqlar aparırdı. Plana görə, şəhərə partlayıcı ilə dolu yük avtomobili daxil olmalı idi.

Samirra hərəmində İmam Əli ən-Nəqi (ə.s) və İmam Həsən Əskəri (ə.s) dəfn olunublar.