Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri vəzifəsini icra edən Amil Cavadov “Könüllü fəaliyyət” layihəsinin yeni könüllü qrupu ilə görüş keçirib.
Görüşdə layihənin növbəti mərhələsinə start verildiyi elan edilib və gənclərə layihə barədə məlumat verilib.
6 aydan sonra könüllülərə Komitə tərəfindən xüsusi sertifikatlar təqdim ediləcək. Qeyd olunub ki, bu onların əmək fəaliyyətində uğurlu başlanğıca fürsət yaradacaq.
Layihə gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq məqsədilə keçirilir. Proqramın müsaqibəsi iyun-iyul aylarında CV-ləri [email protected] elektron ünvanına göndərməklə keçirilib. Könüllərin fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdir:
– Aparatın şöbə və sektorlarında, eləcə də bölgə şöbələrində təcrübə keçmək;
– Müvafiq şöbələrin iş təcrübəsini öyrənmək;
– Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası ilə tanış olmaq;
– Dövlət Komitəsinin Bakıda və bölgələrdə keçirdiyi regional konfransların, seminar-müşavirələrin, seminar-treninqlərin təşkil edilməsi prosesində iştirak etmək;
– Vətəndaşların qəbulunda bilavasitə iştirak etmək;