Məscid Salyan rayonunun Kürkəndi kəndində yerləşir. İbadət evinin tikintisinə 1983-cü ildə başlanılıb. İbadətgahın inşası yerləşdiyi həyətin sahibi Rəhimov Mirzəağa Rəşid oğlu, Kərimov Əli Firudin oğlu, Ramiz Abbasqulu oğlunun tərəfindən və digər kənd sakinlərinin vəsaiti hesabına başa çatdırılmışdır. İbadətgah, həmçinin “İmam Hüseyn” məscidi kimi tanınır.

Məscid qırmızı kərpic və mişar daşından inşa edilib. İbadətgah düzbucaqlı formaya malikdir. İbadət evinin sol tərəfində kərpicdən minarə var və onun hündürlüyü 12 metrdir. Minarənin məhəccəri dəmirlə işlənib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.