Mədinədə yerləşən Məscidun-Nəbi kitabxanasında 21 dildə 180 min kitab mövcuddur. Bununla yanaşı, məscid rəqəmsal kitabxana ilə təhciz olunmuş kompyüterlər də təqdim edir. Bu barədə Arab News xəbər verib.
Kitabxana məscidin şimal-qərb tərəfində yerləşir və zəvvarların böyük həvəslə ziyarət etdiyi yerlərdən biri sayılır.