İsveçin “Demokrat İsveçlilər” partiyası müsəlmanların məktəblərini bağlamaq istəyir. Onlar bu məsələni öz proqramlarına daxil ediblər. Bu barədə REGNUM-a istinadən shafaqna xəbər verib.

Məlumata görə, dini məktəblər heç bir narahatçılıq yaratmır. Lakin partiyanın üzvü Riçard Yomsxof daha öncə də məktəblərin bağlanması ilə əlaqəli layihə hazırlayıb. O, həmçinin müsahibələrin birində İslamı “pis din” kimi adlandırıb.