Helikopter qəzasında həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək. Bu barədə noyabrın 30-u Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev bildirib.

DSX rəisinin sözlərinə görə, qanunvericiliyə əsasən, təlim zamanı həlak olmuş hərbçilərə şəhid statusu verilməlidir.

Şəhidlərin dəfninin bugün, dekabrın 1-i baş tutacağı gözlənilir. Vida mərasimi isə Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.

Noyabrın 30-u saat 10:40-da DSX helikopteri Xızı rayonunda yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları zamanı qəzaya uğrayıb. Nəticədə 14 hərbi qulluqçu şəhid olub, 2-si isə yaralanıb