Səhər saatlarında London metrosunda Quran oxuyan müsəlmanın üstünə qarşısında oturan sərnişin qışqırıb. Sərnişinin fikrincə, müsəlman ona qarşı hörmətsizlik edib. Bu barədə oktyabrın 29-u thesun xəbər verib.

“Mənim oturduğum ictimai nəqliyyatda bunu etməyəcəksiniz. Mən burda olsam da, məndən bunu etməyə icazə almağa belə ləyaqətin yoxdur. Bura xristian ölkəsidir və sən də bizim kimi davranmalısan”, – deyə sərnişinlərdən biri deyib. O, bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirib və Quran oxumaq üçün icazə almasının vacibliyini bildirib.

Müsəlmanın sözlərinə görə, onunla üzbəüz oturan sərnişindən başqa heç kim narazılıq etməyib. “Mən ona dedim ki, narahat olursa yerini dəyişsin. Lakin o bunu etmədi”, – müsəlman sərnişin deyib.