Məscid Masallı rayonunun Qəzvinoba kəndi ərazisində yerləşir. İbadət evinin inşa tarixi XIX əsrə aid edilir.

Məscidin tutumu 60 nəfərdir. İbadət evi düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadətgahın tavanı taxtadan, damı isə kirəmitdəndir. Məscidin ön tərəfində iki pəncərə və bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. İbadət evinin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahları. Bakı-2021.