Məscidul-Hərəmin ərazisinin artırılması üçün plan təqdim edilib. Bu barədə məscidin Baş Rəyasət Heyəti bildirib.
Məscidin genişləndirilməsinə 2015-ci ildə başlanılıb və hazırda işlər tamamlanma mərhələsindədir. Sayca üçüncü olan abadlaşdırma işləri sayəsində ibadət evinin sahəsi 60%-dan çox artırıb.
Koronavirusa görə ibadətgahda təmir işləri dayandırılmışdır. Bir il sürən fasilədən sonra təmir işləri davam etdirilib. Məsciddə elektromexaniki və memarlıq işləri ilə birlikdə genişləndirmə layihəsi həyata keçirilir. Yeni quraşdırılan eskalatorlar isə ziyarətçilərin hərəkətini asanlaşdıracaq.
Məscidul-Hərəmin birinci və ikinci abadlaşdırması 1989-cu və 2008-ci illərdə baş tutub.