Türbə Lerik rayonunun Rvarud kəndi ərazisində yerləşir. Məqbərənin inşa tarixi XVI əsrə aid edilir.

Türbənin giriş qapısı yanında qara rəngdə mərmər löhvə var. Bu löhvədə belə yazılıb: “Ariflərin sultanı, türbəsi müqəddəs taliblərin ən seçilmişi”.

Nizaməddin Şəhrəvər Gilani Kəsgərinin (Seyyid Babagil) sərkərdəsi, qoşun başçısı olmuşdur. Babagil vəfat edəndən sonra yerini və qoşununa başçılığı Şahzadə Seyyid Əbülqasimə vəsiyyət etmişdir. Şahzadə Əbülqasim bir müddət sonra Rvarud kəndində məskunlaşmışdır. Şahzadə Əbülqasım uzun müddət bu kənddə yaşamış, hörmət qazanmışdır və bu kənddə vəfat etmişdir. Ölümündən sonra o, Rvarud kəndində dəfn edilmiş və sonra qəbri ziyarətgaha çevrilmişdir.

2013-cü ildə Rvarud kəndinin xeyriyyəçi insanları tərəfindən türbə təmir olunmuşdur.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

Lerik rayonu Şahzadə Seyyid Əbülqasım türbəsi Lerik rayonu Şahzadə Seyyid Əbülqasım türbəsi Lerik rayonu Şahzadə Seyyid Əbülqasım türbəsi Lerik rayonu Şahzadə Seyyid Əbülqasım türbəsi Lerik rayonu Şahzadə Seyyid Əbülqasım türbəsi Lerik rayonu Şahzadə Seyyid Əbülqasım türbəsi Lerik rayonu Şahzadə Seyyid Əbülqasım türbəsi Lerik rayonu Şahzadə Seyyid Əbülqasım türbəsi Lerik rayonu Şahzadə Seyyid Əbülqasım türbəsi