Gəncədə şəhid Elvin Mustafayevin atası oğlunun adına ehsan bulağı inşa edir. Bu barədə noyabrın 30-u gencexeber məlumat yayıb.

Bulaq şəhərin Cavadxan qəsəbəsinə gedən yolda, Süleyman Rəhimov küçəsində yerləşir.

Şəhid Elvin Mustafayev 2 oktyabr 2020-ci il tarixində Murovdağ döyüşləri zamanı şəhid olub. Onun nəşi 27 aprel 2021-ci ildə aşkar olunub və Gəncədə dəfn edilib.