Pir Astara rayonunun Pensər kəndinin yaxınlığında, Astara-Lənkəran şose yolunun sağında, təpəlikdə yerləşir.

Burada şərq üslubunda bir günbəzli məqbərə yerləşir. Məqbərənin ətrafı çay daşları ilə əhatələnib. Pirin ərazisində çox sayda müxtəlif növ nil, şümşad, qaragöz ağacları əkilib.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.