“SalamWeb” adlı brauzer müsəlmanların internetdən rahat və təhlükəsiz istifadəsi üçün nəzərdə tutulub. Bekə ki, “SalamWeb” alkoqol, pornoqrafiya, azyaşlılara uyğun olmayan və müsəlmanları təhqir edən məzmunu blok edir. Proqram, həmçinin namaz vaxtlarını, qiblənin istiqamətini və İslam təqvimini göstərir.

“SalamWeb” “Google Chrome” brauzeri əsasında tərtib edilib və sertifikatla təsdiqlənmiş yeganə brauzer hesab edilir. Proqramın İslam qaydalarına uyğun olması Malayziyadakı “Ammanie” Beynəlxalq Müşahidə Şurası tərəfindən təsdiq olunub. Bu internet resurs ilk dəfə 2017-ci ildə Malayziyada istifadəyə verilib.

2008-ci ildən internetdə “Shia Tv Box” adlı televiziya kanalları paketi istifadəyə verilib. Bu paketdə müxtəlif dillərdə 80-dən çox İslam televiziyası və şəriət qaydalarına uyğun kanallar yayımlanır.