Məscid Masallı rayonunun Kubin kəndi ərazisində yerləşir. İbadət evi 1980-ci ildə yerli əhali tərəfindən tikilib.

Məscidin tutumu 100 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və qırmızı kərpicdən hörülüb. Məscidin tavanı taxtadan yerli ustalar tərəfindən hörülüb, damı isə kirəmitlə örtülüb. İbadətgahın ön tərəfində iki pəncərə və bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. İbadət evinin damında azan vermək üçün kvadrat günbəz var.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahlar. Bakı-2021.