Hollivud aktrisası Lindsay Lohan müsəlman ilə ailə həyatı qurur. O, bu barədə 28 noyabrda öz instagram səhifəsində paylaşım edib.
Ərəb əsilli maliyyəçi Badr Şammas ilə paylaşdığı şəkildə Lindsay Lohanın adsız barmağında brilyant qaşlı nikah üzüyü görünür.
Daha öncə aktrisa bildirib ki, İslam dini onun üçün yaxındır və o, Ramazan ayında oruc tutur, Quran oxuyur və dua edir.