Türbə Lerik rayonunun Xanəgah kəndində yerləşir. Məqbərənin tikilmə tarixi XIV əsrə aid edilir. Türbədə Xoca Seyyid və iki nəfər dəfn olunub.

Ziyarətgah kərpicdən tikilib. Türbənin divarları ornamentlə bəzədilib. Məqbərə iki otaqdan ibarətdir. Birinci otaq ibadət üçün, ikinci ocaq isə səcdə üçündür.

Xoca Seyyid türbəsi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
  3. http://www.mct.gov.az