Ocaq Lerik rayonunun Rvarud kəndi ərazisində yerləşir. Pirin yaranma tarixi haqda dəqiq məlumat yoxdur. Ocaq, həmçinin Zimir Cahangir ağa ocağı kimi tanınır.
Mir Cahangir ağa İmam Museyi-Kazimin (ə.s) nəslindəndir. Quraqlıq olanda insanlar Mir Cahangir ağanın qəbrini ziyarət edib, qurbanlar kəsirlər və bunun nəticəsi olaraq, yağış yağır.
Ocaq binası yerli xeyriyyəçilər tərəfindən bərpa edilmişdir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.