Dünyada məscidlərin sayı təxminən 3,6 milyondur. Hər məscidə ibadət üçün orta hesabla 500 nəfər gəlir. Bu barədə Səudiyyə Ərəbistanında, Əbdül Əziz Dünya Mədəniyyət Mərkəzində keçirilən beynəlxalq konfransda bildirilib.
“Pew” Araşdırma Mərkəzi bildirib ki, 2050-ci ildə dünyada müsəlmanların sayı üç milyarda yaxınlaşacaq, bununla da dünya əhalisinin 30%-nə çatacaq.
Azərbaycanda ümumi 2253 məscid mövcuddur. Bundan əlavə ölkə ərazisində 748 pir və ziyarətgah yerləşir. Onların da bəzilərində məscid fəaliyyət göstərir.