Məscid Sabirabad rayonunun Qəzli kəndinin ərazisində yerləşir. İbadət evi 1989-cu ildə inşa olunub.
İbadətgah mişar daşından tikilib və düzbucaqlı formaya malikdir. Məscidin damı dəmir təbəqə ilə işlənib. İbadət evinin bir günbəzi və bir minarəsi var. Onların üstündə aypara və ulduz rəmzi quraşdırılıb. Minarə dəmir borudandır və hündürlüyü 16 metr təşkil edir.
Məscidin həyətində dini mərasimlər üçün şərait yaradılıb.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.