Türbə Lerik rayonunun Rvarud kəndində yerləşir. Deyilənə görə, Seyyid Paşa Mir Cahangir ağanın nəvəsidir və bu türbədə onun qəbri yerləşir. Türbə el arasında “Astədoji tıbə” kimi də tanınır.

“Astə” talışca “sümük”, “doji” ağrı, “tibə” isə “pir” deməkdir. Sümüklərində ağrısı olan insanlar bu türbəyə gəlib, şəfa tapırlar. Deyilənə görə, Astədojə türbəsinin tarixi Seyyid Paşa ağadan daha qədimdir.

Hal-hazırda burada kiçik bir ziyarətgah binası mövcuddur.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.