Ocaq Lerik rayonunun Xəlifəkənd kəndi ərazisində yerləşir.

Rəvayətə görə, Pərzaşoxən Pərza babanın nəvəsi olmuşdur. O, ölümündən qabaq vəsiyyət edib ki: “Mən öləndən sonra, qüsl verib kəfənlədikdən sonra qiblə tərəfdən bir ağ dəvə gələcək və mənim cənazəmi o dəvənin tərginə qoyarsız, dəvə harada otursa dəfn edərsiniz”. Belə ki, bu dəvə indiki Xəlifəkənd ərazisində, bir təpənin üstündə oturmuş və onu həmin yerdə dəfn ediblər.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.