Dünyada halal sənayenin iqtisadi həcmi 7 trilyon dollar təşkil edib. Bu barədə noyabrın 26-sı islamnews xəbər verib.
Bu il İstanbulda keçirilən 7-ci Ümumdünya Halal Sammitində 35 ölkədən 400 şirkət iştirak edib. Halal məhsullar öz keyfiyyəti ilə qeyri-islam ölkələrində də özünə maraq oyadıb. Belə ki, hazırda halal məhsulların ən böyük istehsalçıları Braziliya, Avstraliya, Fransa, Yeni Zellandiya və Almaniya kimi ölkələrdi.
Halal məhsulların istehsalına ilk öncə Malayziya və İndoneziyada başlanılıb. 2017-ci ildə halal sənayenin ticarət həcmi 4 trilyon dollar civarında olub.