Çinli xəttatın Həzrəti Əbəlfəzlin (ə.s) hərəmindəki əl işi ziyarətçiləri heyrətə salıb. Nur Din Mi Quangjian pannoya Çin üslubunda, lakin ərəb hərfləri ilə Quran ayələrini həkk edib. Bu barədə noyabrın 27-si alkafeel xəbər verib.
Çinli xəttatın işi 20-25 noyabr tarixlərində Beynol-Hərəmeyndə keçirilən İkinci Beynəlxalq Estetik İrs Sərgisində nümayiş etdirilib. Əbəlfəzl (ə.s) hərəminin rəhbərliyi tərəfindən Mi Quangjiana pul mükafatı və təşəkkür məktubu ünvanlanıb.