Məscid Masallı rayonunun Xıl kəndi ərazisində yerləşir. İbadətgahın inşa tarixi 1865-ci ilə təsadüf edir. İbadətgah “İmam Zaman” məscidi kimi də tanınır.
Məscidin tutumu 40 nəfər təşkil edir.
Xıl kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahlar. Bakı-2021.