Ocaq Lerik rayonunun Diqovdərə kəndi ərazisində yerləşir. Ziyarətgahın tarixi orta əsrlərə aid edilir. Ocaq İsmayıl adlı İmamzadəyə məxsusdur.
Deyilənə görə, bu ocaq Mistandan olan şəxs ilə bağlı olduğu üçün “Pir-e Mistan” adlanır. O, dövrünün kəramətli şəxslərindən olmuş və bu ərazidə İslamı təbliğ etmişdir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.