Ocaq Lənkəran-Boradigah şose yolunun üstündə, Girdəni kəndinin ərazisində, qəbiristanlıqda yerləşir. Pir son illərdə yaranmış ziyarətgahlardan hesab olunur.

Ocaq Sadıx adlı seyyidin adı ilə bağlıdır. Əhmədov Sadıx Mirsahib oğlu Əhmədov 20 mart 1936-cı ildə Girdəni kəndində anadan olub. O, mömin, kəramətli seyyidlərdən olduğu üçün hələ sağlığında onu tanıyanlar ağaya nəzir ayırıb. Onun nəsli şəcərə etibarı ilə yeddinci İmam Museyi-Kazimə (ə.s) gedib çıxır. Seyyid Sadıx 63 il ömür sürərək, 15 dekabr 2002-ci ildə vəfat edib və kənd qəbiristanlığında dəfn olunub. Seyyid Sadıxın cəddinə olan inam və ehtiramın nəticəsi olaraq, onun məzarı ziyarətgaha çevrilib. Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan girdənililərin şəxsi vəsaiti hesabına ağanın qəbri üstündə məqbərə inşa edilib.

Mənbələr:

İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2015.

Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.