İslam dünyasında ilk Quran 1803-cü ildə Tatarıstanda çap olunub. Tatarıstanın Prezidenti Rüstəm Minnixanov “Rusiya – İslam dünyası” iclasındakı çıxışı zamanı təklif edib ki, Kazan şəhəri “Müsəlman dünyasında ilk çap olunan Quran şəhəri” elan edilsin. Bu barədə TASS xəbər verib.
1800-cü illərdə Kazan Rus imperiyasının tərkibində olub. O zaman ərəb dilində kitabların çapına məhdudiyyət qoyulmuşdur. Buna baxmayaraq, 1803-cü ildə Kazanda 150 min Quran nüsxəsi nəşr edilib. Bununla da Kazan şəhəri müsəlman dünyasında Quranı çap edən ilk şəhər olub.
Dünyada isə ərəb dilində ilk Quran avqustun 9-u 1538-ci ildə italyan mətbəəsi Alessandro Paqanini tərəfindən Venesiyada nəşr olunub. Lakin Roma Papası bütün çap olunmuş Quran nüsxələrini yandırmağa əmr edib. 1987-ci ildə tədqiqatçı Angela Nuovo nüsxlərin birini Venesiyadakı Fransiskan monastırının kitabxanasında aşkar edib.