İngiltərədə Avropanın ən böyük müsəlman qəbiristanlığı salınacaq. Buna səbəb ölkə müsəlmanlarının dəfn yerləri ilə yaranan çətinliklərdi. Bu barədə 26 noyabr tarixində İQNA xəbər verib.
Qəbiristanlıq İngiltərənin Blekbörn şəhərinin qərbində tikilir. Milyarder İsa qardaşları tərəfindən satın alınan boş ərazinin sahəsi 84 hektar təşkil edəcək. Yeni məzarlıq 35 min insanın dəfni üçün imkan yaradacaq.