“Qadına şiddətə son” adlı tədbirdə Məşədi Dadaş məscidinin axundu Hacı Şahin bildirib ki, ata öz qızının yerinə qərar verə bilməz. Bu barədə News24.az xəbər verib.

İlahiyyatçının sözlərinə görə, “güclü haqlıdır” prinsipi ilə hərəkət edilsə, cəmiyyətdə qadınlara qarşı zorakılıq halları artacaq.

Heç bir dində İslam qədər qadın hüquqları müdafiə olunmur. Quranın heç bir yerində qadının yaradılış cəhətdən qüsurlu olduğu qeyd olunmur. Din deyir ki, qadınlar da kişilər qədər bərabərhüquqludur”, – deyə ruhani əlavə edib.

25 noyabr tarixində Bakıda “Qadına şiddətə son” adlı dəyirmi masa keçirilib. Tədbir Baş Prokurorluq, DİN, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının dəstəyi ilə təşkil edilib.