Ağdam Cümə məscidinin bərpası işləri başlayıb. Bu barədə noyabrın 25-i report xəbər verib.
Verilən məlumata görə, məscidin ətrafı dəmir torlarla hasarlanıb. Təmir işləri üçün dəmir konstruksiyalar quraşdırılıb. İbadətgahın bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.