Azərbaycanda Türkiyənin “On4” adlı İslam televiziyası fəaliyyətə başlayıb. Bu barədə noyabrın 24-dü On4 Azərbaycanın təsisçi-direktoru Emin Səmədov shafaqna-ya məlumat verib.

Emin Səmədovun sözlərinə görə, hələlik Azərbaycanda kanalın iki verilişi yayımlanır. Bunlar “Haqqın sədası” və “Söz səndə” verilişləridir.

“Haqqın sədası” çərşənbə günü saat 21:00-da ilahiyyatçı Hacı Samir Ağayevin təqdimatında yayımlanır. “Söz səndə” verilişi isə Pərvin İsmayılovun təqdimatı ilə hər bazar ertəsi saat 21:00-da təqdim edilir. Kanalın Azərbaycan versiyasını facebook səhifəsindən izləmək mümkündür. Hamçinin kanalın saytında verilişləri türk dilində izləmək olar. Kanalın milli televiziyaya çıxarılması barədə isə məlumat yoxdur.

Bugünədək azərbaycanlı ruhanilər, şairlər və elm adamları “On4” kanalının Gürcüstan və Türkiyə yayımlarında iştirak ediblər. Lakin bu ilin noyabr ayından etibarən yayımlara Azərbaycandan da qatılmaq mümkün olub.