Ocaq Lənkəran rayonunun Digah kəndinin girəcəyində, Səmədağa Mir Ənvər oğlu İsmayılovun həyətyanı sahəsində yerləşir. Bu pirin sahibi seyyid Mir Ənvərdir. Ocağın dəqiq yaranma tarixi məlum deyil.
Mir Ənvərin ulu babaları seyyid olmuşdular. Bu səbəbdən, onların yaşadıqları həyət və ev müqəddəs hesab edilmişdir. Mir Ənvərin evində ələm olmuşdur. Bu səbəbdən, onun evi ziyarətgaha çevrilmişdir. Mir Ənvər ağa Lənkəranın Kiçik bazar qəbiristanlığında dəfn edilmişdir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.