Ocaq Lənkəran rayonunun Bəliton kəndi ərazisində yerləşir. Bu ziyarətgah Məhyəddin adlı şəxsin adı ilə bağlıdır. Ocağın yaranma tarixi haqqında dəqiq məlumat yoxdur.
Rəvayətə görə, başqa yerdən gələn Məhyəddin indiki ocağın ərazisində həyat yoldaşı ilə yanan ocaq (köz) görür. Onlar közün sönəcəyini zənn etsələr də, lakin bu köz sönmür. Məhyəddinhəyat yoldaşı ilə bu xəbəri insanlara bildirirlər. Elə o zamandan bu yer ziyarətgaha çevrilir. Pirə Məhyəddinin adını verirlər.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.