Ayətullah Sistaninin səhhətinin pisləşməsi xəbəri təkzib edilib. Bu barədə noyabrın 24-dü ABNA xəbər verib.
Seyyid Əli Sistaninin ofisindən bildirilib ki, alimin vəziyyəti yaxşıdır və onun səhhətində heç bir problem yoxdur. Sosial şəbəkələrdə fəqihin xəstəxanaya yerləşdirilməsi xəbəri isə həqiqətə uyğun deyil.
Son günlər sosial mediyada Seyyid Əli Sistaninin sağlamlığında problem yaranması və mərceənin xəstəxanaya yerləşdirilməsi xəbəri yayılıb.