Məscid Sabirabad rayonunun Yolçubəyli kəndinin ərazisində yerləşir. İbadət evi 1996-cı ildə yerli əhali tərəfindən inşa olunub.
Məscid düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadətgahın damı ağ dəmir təbəqə ilə örtülüb. Məscidin qapı və pəncərələri tağvari formadadır. İbadət evinin günbəzi 2,5 metr hündürlüyündədir.
2001-ci ildə məsciddə təmir-bərpa işləri aparılıb.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.