Türbə Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndinin cənub-qərb hissəsində, təpəlikdə yerləşir.

Türbə Məhəmməd adlı seyidin adı ilə bağlıdır. O, İslamı təbliğ etmək məqsədilə buraya gəlmişdir. Pedaqoq Rzaqulu Rzayev “Yuxarı Nüvədi kəndinin tarixi” kitabında Seyid Məhəmməd haqqında yazır: “Seyid Məhəmməd burada yaşadığı müddətdə Bərbər adında şəxs bu ərazidə padşahlıq edərmiş, onun iqamətgahı Lənkəran çayının cənubunda “Bərbər qalası” deyilən yerdə olmuşdur. Ərəb xilafəti VII əsrdə Məhəmməd Peyğəmbərin (s) dinini qəbul etdirmək məqsədilə buraya yürüş etmişdir. Bununla əlaqədar olaraq Seyid Məhəmməd də İslam dininin tərəfdarı olduğu üçün ərəblərlə birlikdə Bərbər şahın qoşunları ilə vuruşmada həlak olur. Onu yaşadığı yerdə dəfn edirlər. O, vaxtdan həmin yer “Səydə tıbə” ocağı kimi tanınır”.

“Səydə tıbə” talış dilində “Seyid türbəsi,” “Seyid qəbiristanlığı” deməkdir. Lənkəran rayonunun Sütəmurdov kənd sakini xeyriyyəçi Oqtay Rəcəbov şəxsi vəsaiti hesabına Seyid Məhəmməd türbəsində məscid inşa etdirmişdir.

Mənbə:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2015.