Ziyarətgah Lənkəran rayonunun Moloja kəndinin mərkəzində yerləşir. Kənd sakinlərinin bildirdiyinə görə, ocaq IX əsrdə yaranmışdır. Yaranma tarixinə əsasən, bu ocağı rayonun ilk ziyarətgahlarından hesab olunur.

Ocaq Sultan Baba adlı seyyidin adı ilə bağlıdır. Sultan Baba kəramətli seyyidlərdən olduğu üçün qəbri ziyarətgaha çevrilmişdir. Qəbir üzərindəki başdaşı köhnəldiyindən, Sultan Babanın kimliyi və yaşadığı dövr haqqında dəqiq məlumat əldə etmək olmur.

Başqa mənbələrə əsasən isə, Sultan sözü orta əsrlərdə titul olmuşdur və ziyarətgahın adı kiçik əraziyə hakimlik edən şəxs ilə bağlıdır.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.