İndoneziyada azanın səsgücləndiricilərlə verilməsini qadağan etməyi düşünürlər. Bu barədə noyabrın 22-si islamnews xəbər verib.

Məlumata görə, ölkədə 600 mindən çox məscid var və namaz vaxtında keyfiyyətsiz səsgücləndiricilər şəhərdə səs-küyə səbəb olur.

“Məscidləri ağılla idarə etmək və səsgücləndiricilərdən ağıllı istifadə etmək çox vacibdir” – deyə, dini işlər naziri bildirib.

Ümumi əhalisinin sayı 270 milyondan çox olan İndoneziya dünyanın ən böyük müsəlman əhalisi olan dövlət sayılır. Müsəlmanlar ölkə əhalisinin 88%-ni təşkil edir. Onların bir milyonu şiələrdir.