Məscid Sabirabad rayonunun Yolçubəyli kəndinin ərazisində yerləşir. İbadət evi 1980-ci ildə inşa olunub.

Məscid düzbucaqlı formadadır. İbadətgahın tavanı və döşəməsi taxtadandır. İbadət evinin ön tərəfində eyvan yerləşir. Məscidin ibadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. İbadətgahın qapı və pəncərələri düzbucaqlı formadadır.

1990-cı ildə məsciddə təmir-bərpa işləri aparılıb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.