Naxçıvandan Məşhədə dəmiryol reysi bərba oluna bilər. Bu məsələni Tehranda keçirilən İran-Azərbaycan Birgə İqtisadi Komisiyasının iclasında İranın yollar və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi bildirib.

“Bizim azərbaycanlı dostlarımız İranın Astara şəhərində terminalın tikintisinə sərmayə qoyublar, onun bir hissəsi tamamlanıb. Terminalın başa çatdırılması ilə bağlı müzakirələr aparılacaq. Biz Azərbaycanın Astara şəhərində də görüş keçirəcəyik, Naxçıvan-Məşhəd dəmir yolu layihəsini yenidən aktivləşdirəcəyik. Avtomobil nəqliyyatı və avtomobil tranziti sahəsində əməkdaşlıq bu komissiyanın ən mühüm danışıqlar mövzularından biridir”, – deyə nazir bildirib.

Sözügedən dəmiryolu 29 dekabr 2016-cı ildə işə salınıb, lakin bir il sonra texniki səbəblərə görə bağlanıb.